Peşəkar Məlumat Bərpa Xidmətləri

Zəmanətli
Fayl Bərpası

Mütəxəssislərimiz sərt disklər, SSD-lər, RAID massivləri, USB disklər və digər yaddaş qurğuları üçün təhlükəsiz bərpa təklif edir. İstər Avadanlıq nasazlığı, istərsə də təsadüfən silinmə olsun, biz sürətli və etibarlı həllər təqdim edirik.

Qlobal Təcrübə

Təcili Xidmətlər

99% Uğur dərəcəsi

Ödənişsiz Konsultasiya üçün Müraciət Edin

Niyə Məhz Biz?

24/7 Təcili Xidmətlər

Məlumat itkisi istənilən vaxt baş verə bilər. Mütəxəssis komandamız ilboyu, günün 24 saatı sizin xidmətinizdədir və ehtiyac duyduğunuz anda dərhal dəstək göstərməyə hazırdır.

Risksiz Qiymətləndirmə

Əvvəlcə heç bir öhdəlik tələb etməyən ilkin qiymətləndirmə aparırıq. Texniklərimiz cihazı yoxlayır, problemi müəyyən edir və sizə bərpa üçün təklif təqdim edirlər ki, qərarınızı rahatlıqla verə biləsiniz.

100% Məmnunluq Zəmanəti

Sizin məmnunluğunuz bizim üçün önəmlidir. İllərin təcrübəsinə əsaslanaraq, uğurlu bərpa və etibarlı, peşəkar xidmət göstərməyə sadiqik.

Müştəri Rəyləri

Minlərlə müştəri məlumatların bərpasında yüksək müvəffəqiyyət nisbətimizə görə bizə etibar edir. Mükəmməlliyə sadiqliyimiz bizə güvənən məmnun müştərilərin dəyərli rəylərini qazandırdı.

Ümumi Rəylər

1,000+

21%

Rəylərdəki bu il ərzindəki artım

Ortalama Reytinq

4.9

Daimi mükəmməllik

Bərpa Edilmiş Qurğular

100,000+

Sənaye üzrə aparıcı uğur göstəricisi

Professional Məlumat Bərpası

Məlumat Bərpası Lazımdır?

Qiymətləndirmədən bərpaya qədər prosesimiz təhlükəsiz, şəffaf və maksimum uğur üçün qurulub.

Bərpa Prosesinə Başla

"*" indicates required fields

Məlumat Bərpası Prosesimiz

1
İlkin Müzakirə

Məlumat itkisi ilə bağlı vəziyyəti müzakirə etmək üçün ilkin konsultasiya ilə başlayırıq. Əməkdaşlarımız qiymətləndirmə prosesini izah edərək, hər bir mərhələni tam şəkildə başa düşməyinizi təmin edirlər.

2
Qeydiyyat və Qiymətləndirmə

Qərarınızı verdikdən sonra ofisimizə yaxınlaşırsınız və sizi qeydiyyata alırıq. Daha sonra əməkdaşlarımız cihazı qiymətləndirir və məlumatların bərpa olunma ehtimalını müəyyən edirlər. Bu qiymətləndirmənin nəticələrinə əsasən, vəziyyətə uyğun bərpa planı hazırlanır.

3
Qiymət Təklifi və Seçimlər

Qiymətləndirmədən sonra dəqiq bir qiymət təklifi təqdim olunur. Qiymət zədələnmənin dərəcəsi, bərpa prosesinin mürəkkəbliyi və tələb olunan müddətə əsasən təyin edilir. Əgər davam etməyə qərar versəniz, bərpa prosesinə başlayırıq. Əks halda, daşıyıcınız heç bir əlavə öhdəlik olmadan dərhal geri qaytarılır.

4
Yoxlama Mərhələsi və Nüsxələmə

Məlumatlar uğurla bərpa olunduqdan sonra sizi ofisimizə dəvət edirik və yoxlama sessiyası keçirilir. Təsdiqdən sonra siz yeni yaddaş qurğusu təqdim edirsiniz və bərpa edilmiş fayllar həmin qurğuya nüsxələnir. Bütün proses boyu məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi tam şəkildə qorunur.

Tez-tez Soruşulan Suallar

Məlumat bərpası faylların təsadüfən və ya bilərək silinməsi, itirilməsi, zədələnməsi, korlanması və ya yaddaş qurğusunun formatlanması səbəbi ilə sizə əlçatan olmayan məlumatların xüsusi üsullar və alətlər vasitəsilə əldə edilməsi prosesidir. Əgər siz də bu kimi bir situasiya ilə qarşılaşmısınızsa və itirdiyiniz məlumatlar sizin üçün əhəmiyyətlidirsə, peşəkar məlumat bərpa xidmətləri axtarmağı düşünə bilərsiniz.

Maqnetik Sərt Diskləri (HDD), Sabit Sərt Diskləri (SSD), RAID massivi, USB flash sürücüləri, yaddaş kartları (SD, mikroSD, CF kart kimi), notbuklar və kompüterlər də daxil olmaqla bir çox cihaz üçün məlumat bərpa xidməti təklif edirik.

İtirilmiş məlumatların bərpa ehtimalı məlumat itkisinin növündən və dərəcəsindən asılıdır. Bəzən bütün məlumatların bərpası mümkün olsa da, ciddi fiziki və ya məntiqi zədə istənilən məlumatın bərpasına mane ola bilər. Məlumat bərpası xidmətləri 100% bərpa vəd edə bilməsə də, müasir alətlər və üsullardan istifadə edən təcrübəli mütəxəssislər daha yüksək müvəffəqiyyət nisbətini əldə edə bilərlər.

PİTS şirkəti olaraq şəxsi məlumatlarınızın məxfiliyinin və təhlükəsizliyinin önəmini başa düşürük. Qanunun tələb etdiyi hallar istisna olmaqla, məlumatlarınızı icazəsiz girişdən qoruyur, təqdim etdiyiniz yaddaş qurğularınızı və şəxsi məlumatlarınızı məlumatların bərpasından başqa heç bir məqsəd üçün istifadə etməyəcəyimizə zəmanət veririk. Məlumatlarınız sizə təhvil verildikdən sonra isə bərpa olunmayacaq şəkildə bazamızdan silinir.

Məlumat bərpa prosesi yekunlaşdırıldıqda siz bərpa olunmuş məlumatın həcminə uyğun sərt disk və ya flash kart kimi yeni yaddaş qurğusu gətirirsiniz və fayllarınız həmin yaddaş qurğusuna köçürülür.

Məlumat bərpasının ödənişi zədənin növü və dərəcəsi, yaddaş qurğusunun növü və ondakı məlumatların sizə nə qədər tez lazım olmasından aslı olaraq dəyişə bilər. Qiymət təklifi hazırlanarkən yaddaş qurğunuz və məlumat bərpa işi ilə bağlı texniki detallar nəzərə alınır, fayllarınızın həcmi və ya formatı isə qiymətə təsir etmir.

Müraciət Et

Peşəkar Bərpa

Sizə Kömək Etmək üçün Burdayıq

Təcrübəli komandamız vacibli məlumatlarınızı bərpa etməyi hədəfləyir. Yaddaş qurğusunun vəziyyətindən aslı olmayaraq ən yaxşı nəticəni almaq üçün mümkün bütün cəhdləri edir, səylə işləyirik. İndi müraciət edin və sizin üçün vacib olanı bərpa edək. 

Bərpa Prosesini Başlat