SSD Məlumat Bərpası
Yüksək təcrübəli mühəndislərimiz SSD-nin markasından, modelindən, fayl və əməliyyat sistemindən asılı olmayaraq məlumatlarınızı geri qaytara bilər.
SSD-nin Bərpası
PITS Global Data Recovery Services dünya standartlarında peşəkar SSD məlumat bərpa xidmətləri təqdim edir. Şirkətimiz nasaz bir SSD-dən məlumatları bərpa etmək üçün ən son versiya məlumat bərpa vasitələrinə, qabaqcıl məlumat bərpa proqramlarına, sertifikatlı “Cleanroom”-a, təcrübəli mühəndislərə və yüksək dəqiqlikdə lehimləmə stansiyalarına sahibdir.
Xüsusi SSD Bərpa Xidmətləri
Yüksək reytinqli məlumat bərpa xidmətləri təqdim edərək, digər şirkətlərin uğurla bərpa edə bilmədiyi məlumat itkisi hallarını aradan qaldırırıq. Məlumatların bərpası üçün 99% müvəffəqiyyət dərəcəsini qoruyub saxlamaqla sektorda lider mövqeyə sahibik.
PITS Global Data Recovery Services üstünlükləri:
Mütəxəssislərimiz M.2, NVMe, PCIe və SATA modelləri də daxil olmaqla istənilən növ SSD-dən məlumatları bərpa etmək üçün ən son texnologiya və üsullarla təchiz edilmişdir. İstər biznes sahibi, istər İT mütəxəssisi, istərsə də fərdi istifadəçi olun, biz sizə SSD-nin istənilən marka və modelindən məlumatları bərpa etməyə kömək edə bilərik. Hər bir işin unikal olduğunu bilirik, ona görə də hər bir müştəriyə fərdi yanaşma təklif edirik.
Məlumat Bərpası Etdiyimiz SSD Markaları
SSD-lərdə Məlumat İtkisinin Qarşısını Necə Almaq Olar?
SSD-lərin sıradan çıxa biləcək mexaniki parçaları yoxdur. Buna baxmayaraq istifadəçi qurğuya hər hansı məlumatları yazdıqda flash yaddaş hüceyrələri ağır proqramlama proseslərindən keçir. Ancaq bu yaddaş hüceyrələri zaman keçdikcə köhnəlir. SSD-nizdə məlumat bərpasına ehtiyac yaranmadan əvvəl edə biləcəkləriniz aşağıdakılardır:
İstifadəçi “hibernate” rejimi: İstifadəçilər cihazlarında bu rejimi başlatdıqda, kompüterin hal-hazırkı vəziyyətinin surəti yaddaşda saxlanılır. Bu, cihazınız “sleep” modunda olarkən baş verir. Yenidən aktivləşdirildikdə, kompüter SSD qurğunun istifadəsini minimuma endirərək saxlanılan vəziyyəti geri yükləyir.
Əməliyyat sistemini ən son versiyaya yeniləyin: Mac OS, Windows və ya Linux istifadə etməyinizdən asılı olmayaraq, mütəmadi olaraq sisteminizi ən son versiyaya yeniləyin. Əməliyyat sistemlərinin ən son versiyaları SSD sürücü resurslarından səmərəli istifadə etmək üçün optimallaşdırılmışdır.
SSD Qurğuların Üstünlükləri
SSD sözü “Solid State Drives” (sabit sərt disk) ifadəsindən əmələ gəlib, yəni bu cihazların içərisində heç bir mexaniki hissə yoxdur. Bunun əvəzinə, SSD-lərin anakartına lehimlənmiş NAND çiplər mövcuddur. Bu qurğuların məlumat saxlama texnologiyası köhnə maqnit sərt disklərlə müqayisədə çox müasirdir və qabaqcıl məlumat qoruma xüsusiyyətlərinə sahibdir.
SSD yaddaş qurğusunun sərt diskdən üstün tutulması üçün bir çox səbəb vardır. Hər hansı bir oxuma/yazma vasitəsinin olmaması gündəlik istifadədə əhəmiyyətli bir problem olan mexaniki nasazlıq riskini aradan qaldırır. Çəkisinin yüngül olması onları bir çox noutbuk, planşet və telefon üçün əvəzsiz bir seçim halına gətirir.
Bununla birlikdə SSD-lərin çoxalması ənənəvi HDD sürücülərinin zəif cəhətlərindən fərqli olsa da, onların gözlənilmədən istifadəçilərə təsir edə biləcək zəif cəhətlərini ortaya çıxardı. Bütün texnoloji cihazlarda olduğu kimi SSD-lərin də zaman keçdikcə yaddaş çipinin sıradan çıxması və ya ani elektrik şoku səbəbindən zədələnməsi kimi problemlər aşkarlandı. Xətalı bir kondensator, elektrik problemi və ya zədəli kontroler çipi SSD qurğuların tamamilə sıradan çıxmasına gətirib çıxara bilər.
Təəssüf ki, bütün lazımi tədbirləri görən istifadəçi belə SSD qurğusunun sıradan çıxması ilə qarşılaşa bilər. SSD qurğunuzla bağlı hər hansı bir anormal davranış hiss edirsinizsə aşağıdakı əlamətlərə diqqət yetirin:
- Yeni məlumatları “oxumaq” və ya “yazmaq” istəyərkən daimi xəta mesajları: Bu problem zədəli məlumatların “xətalı blokları”-nın silinməsi ilə əlaqədardır. Xətalı bloklar məlumatların kopyalanma, saxlanma və silinməsi düzgün şəkildə həyata keçirilmədikcə flaş yaddaş hüceyrələrini məhv etməyə başlayır.
- Mütəmadi xətalar və “Needs Repair”/ “Read Only” xəbərdarlıqları: Bir və ya iki dəfə yenidən başlatmadan sonra yenə də davamlı çökmə və ya “repair/read only” xəbərdarlıqları alsanız, SSD qurğunuzun sıradan çıxma ehtimalı var və dərhal ehtiyyat tədbiri görülməlidir. Bu halda kompüteri bağlayın, elektrik prizindən ayırın və SSD-dən itirilmiş və ya silinmiş faylları bərpa etmək üçün məlumat bərpa şirkəti ilə əlaqə saxlayın. Bir sözlə, SSD yaddaş qurğusunun sıradan çıxmasının ilk əlamətlərini gördükdən sonra diqqətli olmağınız bütün məlumatlarınızın bərpa olunma ehtimalını artırır.
SSD Məlumat Bərpasında 99% Müvəffəqiyyət Dərəcəsi
SSD-nizdə təsadüfi silinmə, zədələnmiş fayl sistemləri və ya sadə fiziki zədələr səbəbindən problemlə üzləşə bilərsiniz. Həm məntiqi, həm də fiziki problemlər üçün etibarlı və sertifikatlaşdırılmış SSD məlumat bərpa xidmətlərini təqdim edirik.
Yuxarıda qeyd olunan əlamətlərdən hər hansı biri ilə qarşılaşsanız SSD qurğunuzun ömrünü uzatmaq və ya SSD qurğunuzdakı məlumatları mümkün qədər tez bərpa etmək üçün müştəri xidmətimizlə əlaqə saxlaya bilərsiniz.
Google-da Mükəmməl Rəylər
5 üzərindən 4.9
Müraciət Et
"*" indicates required fields